BƏƏ-də (BƏƏ) “Expo 2020” Dubai sərgisinin yerləşdiyi ərazidə yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Expo 2020 Dubai sözçüsü Muhammed İsa el-Ensari yazılı açıqlamasında, Dubaydakı yarmarkada qaynaq əməliyyatları zamanı bir problem səbəbiylə yanğın baş verdiyini bildirib. 

Təcili olaraq hadisə yerinə gələn mülki müdafiə qrupları tərəfindən nəzarət altına alınan yanğında ölən və yaralanan olmadığını bildirilib. 

“Expo 2020”ni keçirməyə hazırlaşan BƏƏ, bu ilin oktyabr ayında başlaması planlaşdırılan sərginin koronavirus (COVID-19) səbəbiylə bir il təxirə salınmasını bildirib. 

Yarmarkaya üzv olan ölkələrin əksəriyyəti “Expo 2020”nin 1 oktyabr 2021-ci ildən 31 Mart 2022-ci ilədək təxirə salınmasını təsdiqləyib.