Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi masklaradan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb. 

Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub.

Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.