Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb", - deyə o bildirib.