Keniyada, güclü yağışlar səbəbindən meydana gələn sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 219-a çatıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Keniya İnqilabı Nazirlər Kabinetinin katibi Eugene Vamalva, mətbuata açıqlamasında, son 24 saatda ölkədə davam edən güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində daha 25 adamın öldüyünü söyləyib. 

Vamalva, fəlakət səbəbiylə həyatını itirənlərin sayının 219-a yüksəldiyini və çox sayda insanın itdiyini bildirib. 

Bölgədəki fəlakətlər səbəbiylə 58 mindən çox insanın didərgin düşdüyünü bildirən Vamalva, 1586 evin su altında qaldığını və 3,300 akr əkin sahəsinə ziyan dəydiyini söyləyib. 

Həmçinin də, Vamalva, hökumətin insanlar üçün müvəqqəti düşərgələr qurduğunu və humanitar yardım göndərdiyini də qeyd edib.