Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 538-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 47-yə çatıb.