İsveçdə son sutka ərzində daha 57 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 313-ə çatıb. Eyni zamanda son gün ərzində 602 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İsveçdə koronavirusa yoluxanların sayı 27 272-ə yüksəlib. Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.