Rusiyalı müğənni Vlad Sokolovskiy koronavirusa yoluxduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, o ötən həftədən etibarən səhhətində bəzi problemlər yarandığını bildirib. Evə həkim çağıran Vlad koronavirus testindən keçirilib. Nəticənin pozitiv çıxmasından sonra müğənninin müalicəsinə başlanılıb. Onun sözlərinə görə, bu barədə təmasda olduğu hər kəsə məlumat verilib.

"Öskürürdüm, qızdırmam 39 dərəcəni keçmişdi. Evə həkim çağırdım və analiz verdim. Adi qirip əlamətləri idi, sonra ağırlaşdı. Hazırda müalicə alıram" deyə, Vlad bildirib.