Türkiyəli müğənni Sinan Özenin əkiz övladı dünyaya gəlib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 57 yaşlı müğənninin bir oğlu və bir qızı dünyaya göz açıb, lakin Neva adını qoyduğu qızında bağırsaq problemi aşkarlanıb. O, 5 dəfə əməliyyat keçirməli olub.
Məşhur müğənni oğluna isə Sanberk adını qoyub. Qeyd edək ki, Sinan Özen özündən 26 yaş kiçik olan fanatı Burcu Kartalla evlidir.