1994-cü ildə məşhur “Nirvana” rok qrupunun 27 yaşında intihar edən üzvü Kurt Kobeynin gitarası xərraca çıxarılacaq.
Unikal.org xəbər verir ki, alət 19-20 iyun tarixində “Juliens” xərrac evində satışa çıxarılacaq.
Gitaranın ilkin qiyməti 1 milyon dollardır (təxminən 1 milyon 700 min manat).
Qeyd edək ki, daha əvvəl Kurtun köynəyi xərracda 334 min dollara satılıb (567 min 800 manat).