Cənubi Amerika ölkəsi Braziliyada yeni növ koronavirusa kəskin şəkildə yoluxma halı  qeydə alınıb.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyi, ölkədə baş verən yoluxma sayının 178 min 214-ə, virusla əlaqəli ölüm hallarının isə 12 min 461-ə çatdığını açıqlayıb. 

Belə ki, ölkədə son 24 saat ərzində 808 insan virus səbəbiylə həyatını itirib. 

Qeyd edək ki, Braziliya, koronavirusa yoluxma  sayına görə ən yüksək artımla Almaniyanı geridə qoyaraq 6-cı yeri tutub.