Bir neçə gün əvəl Tükiyənin Qazi Universitetinin dekan Orhan Acar tələbə qızlar barəsində onlayn dərs zamanı qeyri-etik fikirlər səsləndirib. 

Unikal.org xəbər verir ki, tələbələrin adlarını oxuyan dekan öncə onların adlarına lağ edib, daha sonra qızların şəkllərini yanındakı bir şəxsə göstərərək müzakirə obyektinə çevirib. Hətta guya bu əməli edərkən dostuna da görünməməyi təklif edib. Dekan bu zaman o komputerdə kameranın açıq olduğunu unudub. 

Həmin görüntülər tez zamanda sosial şəbəkədə yayılıb. Dekan Orhan Acara  sərt reraksiyalar verilib. 

Təbii ki, bu hadisəyə türkiyəli məşhurlar da biganə qalmayıb. Aktrisa Gonca Vuslateri Qazi Universitetinin dekanına “twitter” vasitəsi ilə sərt reaksiya verib: 

“Ayıb olsun... Ümid edirəm ki, bu təcavüz şüuru ilə cəmiyyətə necə terror etdiyinizi və insanlığı zorakılığa istiqamətləndirməyinizin hesabını verəcəksiniz".