Türkiyəli məşhur müğənni Sezen Aksu, satın aldığı “İstiqlal Marşı”nın müəllifi Mehmet Akif Ərsoya aid evi gözəllik salonuna çevirib.
Unikal.org xəbər verir ki, 2011-ci ildə 350 min TL qiymətində aldığı evi təmir edən sənətçi, evdə bir gözəllik mərkəzi açacağını bildirib.
Bildirək ki, Mehmet Akif Ərsoy Bəylərbəyi ərazisində iki evdə qalıb. 1908-ci ildən əvvəl yaşadığı və hazırda Sezen Aksuya məxsus evdə təxminən bir il yaşadığı deyilir.