Məşhur Hollivud ulduzu Ceyn Fonda insanlara geyim almamaqla bağlı çağırış edib.
Unikal.org məlumat verir ki, məşhur aktrisa özünü nümunə göstərərək, səkkiz aydır özünə yeni geyim almadığını deyib. Buna sübut kimi o, 2020-ci ilin fevral ayında keçirilmiş “Oskar” mükafatlandırma mərasiminə 2014-cü ildə “qırmızı xalı”ya çıxdığı geyimlə getdiyini xatırladıb.
C.Fonda çağırışını ekologiyanın çirklənməsi ilə əlaqələndirib. Aktrisa istehsal zamanı atmosferə metan, azot-dioksid, karbon-dioksid qazlarının atıldığını deyib.