Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.
TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:
- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.
- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.
- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.
- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.