Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

Unikal.org-un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub. 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.