Bakı metrosunda gediş haqqının artırılacağına dair yayılan şayiələrə aydınlıq gətirilib.
Unikal.org xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefon bağlantısı zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir:
“Şayiələr ona görə yayıldı ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığını deməyə başladılar. Lakin pandemiya bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metronun bağlanmasına gətirib çıxardı.
Karantin rejiminin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu fəaliyyətə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına əsas ola bilməz.
Bütün bunların məqsədi ölkəmizdə ictimai nəqliyyat sahəsində hərəkəti asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.