Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Rəşad Rəhimov Şövqiyar Abdullayev küçəsində yerləşən 23 nömrəli minanın 18-ci mərtəbəsindən özünü atıb.
Hazırda Nəsimi Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır, intiharın səbəbləri müəyyənləşdirilir.