X-XI siniflərdə peşə təmayüllü təhsil alan şagirdlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər.
Unikal.org-un məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, bu məqsədlə X-XI siniflərdə təhsil alan şagirdlər üçün peşə təmayüllü siniflər təşkil ediləcək. Burada mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla, müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək:
"Həmçinin şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər".