Misir polisi “Liverpul” klubunun məşhur futbolçusu Məhəmməd Salahın təsvir edildiyi maskalardan istifadə etməklə, soyğunçuluqla məşğul olan dəstə üzvlərini həbs edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, quldurlar Misirin paytaxtı Qahirədə mağazaya basqın etmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, İngiltərənin “Liverpul” komandasının və Misir milli komandasının ulduz futbolçusu Məhəmməd Salah “Time” jurnalı tərəfindən tərtib edilən siyahıda 2019-cu ildə dünyanın 100 ən nüfuzlu şəxsindən biri adlandırılıb.