Tokio-2020 Yay Olimpiya Oyunlarında lisenziyalar ləğv olunub.

Belə ki, olimpiadada iştirak etmək üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar verilmişdi. Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb.

Unikal.org-un məlumatına görə, ləğv olunmanın səbəbi olimpiadanın təxirə salınması və koronavirus pandemiyası ilə mübarizədir.  

Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmış 40 karateçi arasında Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq.  

Bildirək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların yarışda iştirak hüququnun qorunacağını açıqlamışdı. Qurumun bu barədə beynəlxalq federasiyalarla məsləhətləşdiyi bildirlirdi.