“Yuventus” klubunun kollektivi növbəti dəfə COVİD-19 testindən keçirilib.
Unikal.org xəbər verir ki, bütün testlərin nəticəsinin neqativ çıxıb.
Bu səbəbdən də komanda üzvləri klubun bazasında kiçik qruplar halında məşqləri davam etdirirlər. Yaxın günlərdə isə futbolçuların daha böyük qruplarla məşqlərə başlayacağı qeyd olunub.