"Rusiyada koronavirusla bağlı vəziyyət stabilləşir".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ölkədə sanitar-epidemioloji vəziyyətlə bağlı keçirilən iclasda bildirib.
O, ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin stabilləşdiyini söyləyib: “Yoluxma halları yavaş yavaş azalmağa başlayıb”.
Qeyd edək ki, son sutka ərzində Rusiyada 8894 yoluxma halı qeydə alınıb.