Almaniyanın “Ersgebirge” komandası yol-nəqliyyat qəzası ilə üzləşib.
Unikal.org xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi sözügedən komandanı 2-ci Bundesliqanın 27-ci turunun "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub.
Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Komanda üzvləri Nürnberqə qalan yolu başqa mikroavtobusla davam etdirib.
Qeyd edək ki, “Nürnberq” - “Ersgebirge” oyunu 1:1 hesabıyla başa çatıb və komandasının yeganə qolunu 66 dəqiqə meydanda olan Nazarov vurub.