Bakıda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Dadaşov Rəfail Ramiz oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona hər iki topuğun sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.