Ucar sakini intihar edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Qazyan kənd sakini, 1979-ci il təvəllüdlü Samir Mirsəhab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.
Məlumata görə, 2 uşaq atası olan S.Əliyev alkoqollu içki aludəçisi olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.