Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb.

Unikal.org xəbər verir ki, qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib. Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib.

Qeyd edək ki, Dünya çempionatının ev sahibi iyunun 25-də səsvermə yolu ilə müəyyənləşəcək.