Azərbaycan cüdo üzrə milli komandası karantin rejimini pozub. 

Unikal.org-un əldə etdiyi məlumata görə, yığma komandamız karantin qaydalarını pozaraq idman zalında, 10 nəfərdən çox olmaqla məşqlərini bərpa edib. 

Məşqçi Mehman Əzizovun rəhbərliyi ilə cüdoçular hazırlıqlarını davam etdirirlər. 

Xatırladaq ki, martın 24-dən etibarən ölkədə karantin rejimi elan olunub. Gün keçdikcə karantin qaydaları tədricən yumşaldılsa da, iyunun 1-dən etibarən Azərbaycanda idman yarışlarının yalnız açıq havada, azarkeşsiz keçirilməsinə icazə verilib. 

Aygün İlqarqızı