Rusiyada məktəblilər imtahan vermədən attestat ala biləcək.
Unikal.org-un məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq qərarı imzalayıb.
Qərara əsasən 9 və 11-ci sinif şagirdləri xüsusi qaydada orta təhsil barədə şəhadətnamə ala biləcək. Peşə məktəblərinə qəbul attestat qiymətlərinə əsasən həyata keçiriləcək.
Attestatların imtahansız verilməsi barədə qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib.