Şimali Koreyanın Cənubi Koreya ilə bütün rabitə kanallarını kəsməsinin məyus olduğunu qeyd edən BMT, “Kim-Tramp görüşünün 2-ci ildönümü yaxınlaşdıqca nüvə danışıqlarına səy artırılmalıdır” deyə ifadə işlədib.  

Unikal.org xəbər verir ki,  BMT baş katibinin sözçüsü Stephane Dujarric gündəlik mətbuat brifinqində Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginliklə bağlı açıqlama verib. Dujarric, Şimali Koreyanın Cənubi Koreya ilə əlaqə kanallarının “anlaşılmazlıq və səhv hesablamaların qarşısının alınması üçün vacib”olduğunu vurğulayıb. 

Həmçinin də, iyunun 12-də Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Trampın görüşünün 2-ci ilinə girəcəyini xatırladan Stephane Dujarric, Koreya yarımadasını nüvə silahından təmizləmək və bu ildönümündə davamlı sülh təmin etmək üçün səyləri və danışıqları ikiqat artıraraq, yenidən başlayacağına ümid etdiklərini bildirib.