İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 78 nəfər vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 8 584 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2238 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 180156 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 142663 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2728 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.