Ötən il Norveçin paytaxtı Oslo yaxınlığındakı məscidə törədilən terror aktının günahkarı Philip Manshaus 21 il həbs cəzasına məhkum edilib.  

Unikal.org xəbər verir ki, Məhkəmə, Barumun ətrafındakı Əl-Nur İslam Mərkəzi məscidinə atəş açan təcavüzkarın, bacısını öldürdükdən və onu dayandırmağa çalışan bir adamı yaraladıqdan sonra ölkə qanunlarında verilən ən yüksək cəzaya məhkum edib.  

Prokuror Johan Oeverberg məhkəmədən müttəhimin təhlükəli bir şəxs olduğunu sübut etməsini istəyib və  günahkarın etdiyi zərərə görə peşman olmadığını söyləyərək ən yüksək cəzaya məhkum edilməli olduğunu vurğulayıb.  

Təqsirləndirilən Manshaus, 17 yaşlı bacısını 10 avqust 2019-cu ildə etdiyi hücumda evdə tüfənglə 3 dəfə atəş açaraq öldürüb, sonra maşınla məscidə gəlib və ibadət yerinin qapısına atəş açıb.   

Hadisə zamanı məsciddəki 3 nəfər hücumdan sağ çıxməş və təcavüzkarın qarşısını almağa çalışan bir nəfər yüngül yaralanmışdı.