Livanda erməni mənşəli Harout Der Neşer adlı aparıcı canlı yayım zamanı Türkiyəni təhqir edib.  

Unikal.org xəbər verir ki,  televiziya proqramı  zamanı aparıcının Türkiyəyə qarşı təhqirlərlə dolu ifadələr işlətməsi Livan xalqının narazılığına səbəb olub. 

Belə ki, dünən axşamdan bəri sosial mediada edilən reaksiyalara etiraz olaraq “New TV”nin Beyrutdakı qərargahının qarşısında etiraz aksiyaları keçirilib.  

Livanlılar əllərində Türk bayraqları ilə küçədə erməni mənşəli aparıcı Haroutyana etiraz ediblər.