Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 8 987 nəfər virusa yoluxub, 183 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 511 423 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 715 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 269 370 nəfər virusdan sağalıb, 235 338 nəfərin müalicəsi isə davam edir.