Türkiyə koronavirus əlehinə vaksini tapıb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

Nazir "Favipiravir" adlı dərmanın yerli sintezinin tezliklə satışa çıxarılacağını bildirib:

"Vaksinin sənədləşdirmə prosesinin başlaması qürurverici hissdir. Türk həkimləri dərmanın ilkin versiyasını hazır ediblər. "Favipiravir"in yerli sintezi hazırlanıb. Bu vaksin "COVİD-19" ilə mübarizədə çox kömək olacaq. Tezliklə dərman satışa veriləcək".