Türkiyənin Samsun şəhərində oğul 15 il əvvəl öldürülən atasının intiqamını alıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2005-ci ildə torpaq üstündə mübahisə zəminində Selami Gürtel adlı şəxs İsmayıl Y.-ni öldürüb. S.Gürtel 15 il həbsxanada cəzasını çəkdikdən sonra, 76 yaşında azadlığa çıxıb.

Onun öldürdüyü şəxsin 41 yaşlı oğlu Harun Y. atasının öldürüldüyü yerdə S.Gürteli qətlə yetirib.

Polis şübhəlinin axtarışlarına başlayıb.