"Barselona" yarımmüdafiəçisi Riki Puçu komandada saxlamaq qərarına gəlib.
Unikal.org-un məlumatına görə, bir neçə klubun maraq dairəsində olan 21 yaşlı yarımmüdafiəçi kataloniyalılarla yeni müqavilə bağlayacaq.
Gələn mövsümdən əsas komandanın oyunçusu kimi sifariş olunacaq orta sahə oyunçusu ilə artıq bununla bağlı razılıq əldə edilib. Onun 2021-ci ilin yayına qədər olan müqavilə müddəti tezliklə daha 2 illik uzadılacaq.
Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Riki Puç ötən ildən əsas komandanın da heyətində meydana çıxır.