Hindistanın Maharashtra ştatında  yerləşən və təxminən 50 min il əvvəl Yerə vurduğu bir meteorit nəticəsində meydana gələn Lonar gölünün rəngi dəyişib.  

Unikal.org xəbər verir ki, gölün rəngi dəyişərək çəhrayı rəngə çevrilib. Mütəxəssislər, turistlərin tez-tez ziyarət etdiyi və elm adamlarının diqqətini cəlb edən gölün rəngini suyun tərkibindəki duzluluqdan asılı olduğunu düşünür.