Türkiyənin  Van ərazisində qətl hadisəsi baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Gürpınar rayonunda 12 yaşlı B.K. adlı uşaq  10 yaşlı dostu Yusuf Karakoçu təsadüfən uzun lüləli silahdan atəş açaraq öldürüb.  

Belə ki, Yusuf Karakoç başından aldığı güllə yarasından hadisə yerindəcə ölüb.  Ailələri ilə birlikdə yaylaya gələn uşaqların silahı necə əldə etməsi barədə heç bir məlumat yoxdur. 

Hadisə yerinə polis qrupları cəlb olunub. Polis tərəfindən edilən araşdırmanın ardından, uşağın cəsədi yarılma üçün Gürpınar mahalına göndərilib. B.K. polis nəzarəti altına alınıb. 

Faktla bağlı araşdırma aparılır.