Suriyanın Afrin və İdlib bölgələrində xidmət edən Türkiyə ordusunun 140 hərbçisində koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Hatay valisi Rəhmi Doğan bildirib.

Onun sözlərinə görə, bölgədə mülki əhali arasında yoluxma aşkarlanmasa da, hərbçilərdə COVID-19 qeydə alınıb. Belə ki, Afrində 120, İdlibdə isə 40 hərbi qulluqçu infeksiyaya yoluxub.