"Keşlə"dən ayrılan ilk futbolçu rəsmən müəyyənləşib.
Unikal.org xəbər verir ki, yarımmüdafiəçi Ruslan Qurbanov paytaxt klubu ilə vidalaşıb.
Milli komandamızın üzvü sosial şəbəkə vasitəsilə bunu bəyan edib. 29 yaşlı hücumameyilli oyunçu paylaşımında artıq "Keşlə"nin futbolçusu olmadığını yazıb. O, bakılılara təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Qeyd edək ki, Ruslan Qurbanovun "Keşlə" ilə müqavilə müddəti başa çatdığından, azad agent statusuna malik olub.