Yaponiyanın Fuji dağının şimal-qərbində yerləşən, intihar meşəsi olaraq bilinən Aokigahara Meşəsini ziyarət edən Türkiyə vətəndaşları ağacdan asılmış naməlum insan cəsədi ilə qarşılaşıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  adı çəkilən cəsədin kişiyə aid olduğu və 20 gün  bundan əvvəl öldüyü bildirilib.

Qeyd edək ki, meşələr insanların rahat istirahət və təmiz havaya üstünlük verdiyi yerlər olmasına baxmayaraq, Yaponiyadakı Fuji dağının ətəyindəki Aokigahara Meşəsi intihar üçün istifadə olunur.

Hər il Yaponiyada yüzlərlə insan intihar etmək üçün "İntihar Meşəsi" olaraq bilinən Aokigaharaya gedir.