Rusiyanın Rostov-Don şəhərində səkkizinci mərtəbədə yerləşən mənzilin eyvanından yıxılan ağır çəkili pişik binanın həyətində park edilmiş avtomobilin damını yararsız hala salıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil sahibi dəymiş zərərə görə pişiyin sahibindən təzminat tələb edib.

Qeyd edək ki, xəbər oxuyucularının əksəriyyəti avtomobilə nə qədər ziyan dəyməsi ilə deyil, pişiyin sağ qalıb-qalmaması ilə maraqlanıb.