Polşa ötən ay təsadüfən Çexiyanı işğal edib. 

Unikal.org xəbər verir ki, bir qrup Polşa əsgərinin koronavirus tədbirləri altında Polşa sərhədini qoruduğu zaman Çex sərhəddini keçdiyi ortaya çıxıb. Çexiya sərhədləri daxilində  kilsə ətrafında  nəzarət nöqtəsi qurmaq istəyən əsgərlər, bilmədən də olsa, qonşu ölkənin ərazisini işğal ediblər.

Hadisənin keçən ay Moravia bölgəsinin şimal-şərqində, Çex Respublikası ərazisindən 30 metr məsafədə meydana gəldiyi bildirilib.

Ətrafındakı nəzarət nöqtəsi ilə ibadətgahın təmiri üçün təyin edilmiş əraziyə gələn mühəndis hadisə yerinə gəlib və Polşa əsgərlərinin mühəndisin avtomatik silahlarla geri göndərib. Bu hadisədən sonra polşa əsgərlərinin çex torpaqlarını işğal etməsi başa düşülüb.

Daha sonra ətraf mühit qrupu araşdırma aparmaq üçün əraziyə gələndə eyni hadisəyə rast gəlib. Vəziyyəti şübhə altına alan və hadisəni səlahiyyətlilərə bildirən qrup sayəsində düşünülməmiş ərazinin işğal  edilməsi aşkar edilib.

Belə ki, Polşa Xarici İşlər Nazirliyi vəziyyəti sadə anlaşılmazlıq kimi xarakterizə edib.

Qeyd edək ki, Polşa bunun təsadüfən səhv olduğunu izah edərək üzr istəyib. Lakin, Çexiya rəsmiləri isə hələ rəsmi üzr istənilmədiyini bildirib.