“Həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobil cərimə meydançasına salınıb”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb:
“Hazırda sürücünün məsiliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür və məsələ bu gün həllini tapacaq”.
Qeyd edək ki, sərt karantin rejimnin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobillə boş küçələrdə təhlükəli manevrlər etməsi barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.