"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm".
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Bəhram Bağırzadə ilə bağlı "İnstagram"da paylaşıb.
M. Əliyeva bildirib ki, həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər: "Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.
Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.
Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun.
Uca Allah hamıya cansağlığı nəsib etsin".