“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə M.Aslanovun özü sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.