UEFA Millətlər Liqasında 2020/2021 mövsümünün yeni təqvimi açıqlanıb.
Unikal.org xəbər verir ki, qrup mərhələsinin oyunları 3/4/5 sentyabr, 6/7/8 sentyabr, 10/11 oktyabr, 13/14 oktyabr, 14/15 noyabr, 17/18 noyabrda olacaq.
Yığma komandalar yoldaşlıq görüşlərini 7/8 oktyabr və 11/12 noyabrda keçirəcəklər.
AVRO-2020-nin pley-off qarşılaşmaları 8 oktyabr, 12 noyabrda reallaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.