Ötən gündən Qazaxıstanda COVID-19 virusundan 3 nəfər ölüb və bununla da dünyasını dəyişənlərin sayı 100-ə çatıb.

Unikal.org xəbər verir ki, COVID-19-un yayılmamasına dair idarələrarası hökumət komissiyasının məlumatına görə, eyni müddət ərzində yoluxanların sayı 335 nəfər artaraq 15 877 nəfərə çatıb. Eyni zamanda, yoluxanlardan 9 902 nəfər sağalıb.