“ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası qarşısında təslim oldu”.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-da prezidentliyə demokrat namizəd Co Bayden deyib.

C.Bayden D.Trampın öz mənafeyi naminə seçkiqabağı mitinqləri bərpa etmək istəyini tənqid edib.

“Mitinqlərə qayıtmağa çox can atır, bu isə insanları risk altına salır”, - deyə C.Bayden qeyd edib.