Braziliyada koronavirus səbəbiylə ölənlərin sayı 1 269 artaraq 46 min 510-a çatıb.
Unikal.org xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada daha 1 269 adam həyatını itirib. Bununla da ölkdə ümumi itki sayı 46 min 510-a yüksəlib.
Qeyd edək ki, 24 saat ərzində daha 32 min 188 nəfərdə koronavirus aşkarlanaraq, ümumi yoluxanların sayı 955 min 377-ə yüksəlib.